Bakı. 9 iyul. REPORT.AZ/ Qırğız Respublikasının Hava Müdafiə Qüvvələrinə məxsusu helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü Muhammed Svarov bildirib.
”Mi-8 MTV” Cənubi Enliçek (Xan tanrı zirvəsində - red.) meydanında axtarış əməliyyatı aparırdı”, - o vurğulayıb.
Qırğız Respublikasının Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, güclü külək eniş zamanı helikopterin sol bortunu zədələyib.