Bakı. 14 yanvar. REPORT.AZ/ İran ərazisində qəzaya uğramış "Boeing-707" yük təyyarəsinin ekipajı İran vətəndaşlarından ibarət olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Nəqliyyat və Yollar Nazirliyi məlumat verib.
"Ərizəyə əsasən, göyərtədə hamısı İran vətəndaşı olmaqla, komandir və 15 ekipaj üzvü olub. Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, təyyarə Taylanddan Bişkekə boş gəlib və ona ət yüklənilib", - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Tehran yaxınlığında qəzaya uğramış yük təyyarəsinin qalıqları arasından ölmüş 15 nəfərin hamısının meyitinin tapıldığı bildirilib.