Qazaxıstanda yük vaqonları relsdən çıxıb

Qazaxıstanda Müdafiə Nazirliyinin əmlakını daşıyan bir neçə yük vaqonu relsdən çıxıb.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, hadisə dekabrın 20-si Jambul vilayətinin Turksib dəmiryolu stansiyasında baş verib.

Müdafiə Nazirliyi bildirib ki, arxa cəbhə üçün əmlak daşıyan vaqonlarda hərbi texnika, silah və sursat olmayıb.

"Qazaxıstan temir jorı" milli şirkətindən qeyd edilib ki, vaqonların buraxılması zamanı yola çıxan yük qatarı ilə yan tərəfdən toqquşma baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, digər qatarların hərəkət qrafikinə təsir göstərməyib. Bərpa işləri operativ rejimdə həyata keçirilib.

Maddi ziyanın miqdarını komissiya müəyyən ediləcək.

Digər xəbərlər