Qazaxıstanda aeroportda partlayıcı olması səbəbindən insanları təxliyə ediblər

Qazaxıstanın Atırau hava limanının binasında sərnişinin əl yükündə partlayıcı maddənin olması barədə məlumatla əlaqədar insanlar təxliyə edilib.

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Antiterror Mərkəzindən bildirilib.

"Atırau-Almatı marşrutuna qeydiyyat zamanı bir şəxs əl yükündə partlayıcı maddə olduğunu bildirərək qəsdən yalan məlumat yayıb. Xüsusi xidmət orqanlarının apardığı yoxlama zamanı bu məlumat öz təsdiqini tapmayıb", - mərkəzdən bildiriblər.

Bu faktla bağlı Nəqliyyatda Polis Departamenti Cinayət Məcəlləsinin 273-cü maddəsi ("Terror aktı barədə qəsdən yalan məlumat vermə") üzrə cinayət işi açıb. Yoxlama başa çatdıqdan sonra hava limanının fəaliyyəti bərpa edilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24