​Qazaxıstan prezidenti Rusiyaya işgüzar səfərə gedib

Bakı. 8 may. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyaya işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, Qazaxıstan rəhbərinin Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibəti ilə Moskvanın mərkəzində keçiriləcək hərbi paradda iştirakı planlaşdırılır.

Qazaxıstan prezidenti səfər çərçivəsində, həmçinin rusiyalı həmkarı Vladimir Putin ilə də görüşəcək.

Digər xəbərlər