Qardaşının pasportu ilə Rusiyaya qayıdan Azərbaycan vətəndaşı mühakimə olunacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Rəsmi qadağaya baxmayaraq Rusiyanın Voloqda vilayətinə qayıdan Azərbaycan vətəndaşı həbs olunub.

"Report"un "Voloqda-Region" saytına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan 23 yaşlı azərbaycanlı Rusiyadan deportasiya olunsa da qardaşının pasportunu təqdim edərək bu ölkəyə geri qayıdıb.

2018-ci ilə dək Rusiyaya daxil olması qadağan olunan gəncin məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40