Qaluzin: Aİİ-dən çıxmağın zərəri Ermənistan cəmiyyətinə tam miqyasda izah edilməlidir

Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqında (Aİ) eyni zamanda olmaq mümkün deyil, lakin qərar Ermənistanındır. Harada olmağın daha yaxşı olduğunu o müəyyən etməlidir.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə deyib.

"Ümid edirik ki, Ermənistan cəmiyyətinə Aİİ-yə üzvlüyün bütün faydaları və təşkilatdan çıxmağın zərərləri tam miqyasda izah ediləcək ki, Ermənistan cəmiyyətinin reallıq haqqında obyektiv təsəvvürü olsun", - o bildirib.

M.Qaluzin vurğulayıb ki, Aİİ bərabərhüquqlu dövlətlərin birliyidir, Aİ isə "reallıqdan uzaqlaşmış Brüssel bürokratları tərəfindən müəyyən edilən anti-Rusiya narrativlərinə tabe olan intizamın hökm sürdüyü" bir quruluşdur.

Xatırladaq ki, Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini bir sıra ictimai və siyasi təşkilatlar irəli sürüb və bunun üçün ölkə vətəndaşlarından 60 min imza toplanıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49