Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi haqqında Müqavilənin (CTBT) iştirakçıları nüvə sınaqları keçirməyə qərar verəcəyi təqdirdə Rusiya müvafiq tədbirlər görməyə məcbur olacaq.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə keçirdiyi müşavirə zamanı bildirib.
"Hələ 2023-cü ildə Federal Məclisə müraciətimdə demişdim ki, əgər Birləşmiş Ştatlar və ya müvafiq Müqavilənin digər iştirakçı dövlətləri belə sınaqlar apararsa, Rusiya da adekvat cavab tədbirləri görməli olacaq", - prezident vurğulayıb.