Pezeşkian: Bütün dövlət qurumlarına vətəndaşlara hər cür köməklik göstərmək tapşırılıb

İran Prezidenti Məsud Pezeşkian bütün nazirliklərin və hökumət müəssisələrinin ölkə vətəndaşlarına dəstək göstərmək üçün ştat rejimində fəaliyyət göstərəcəyini bəyan edib.

“Report”un məlumatına görə, bu barədə onun “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Əziz İran xalqı! Bütün nazirliklərə və hökumət müəssisələrinə ölkə vətəndaşlarına kömək etmək üçün səylərini əsirgəməmək və hər hansı xidmət göstərməkdən imtina etməmək tapşırılıb. Allahın köməyi ilə biz bu çətin zamanı geridə qoyacağıq", - prezident qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49