Moskvada 9 may Qələbə Paradında 20-dən çox dövlət və hökumət başçısının qonaq qismində iştirakı gözlənilir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Artıq deyə bilərik ki, 20-dən çox dövlət və hökumət başçısının gəlişini gözləyirik", - o, bu gün jurnalistlərə söyləyib.