Paşinyan yaya qədər Minsk qrupunun buraxılması ilə bağlı müraciət edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin yayına qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət edəcək.

"Report" xəbər verir ki, bu barədə "Hraparak" qəzeti hökumətdəki mənbələrə istinadən yazır.

“Ermənistan baş naziri dəfələrlə bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılması yalnız Azərbaycanla sülh sazişi imzalandıqdan sonra mümkündür. İndi isə mövqeyini dəyişib”, - məlumatda bildirilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24