Paşinyan britaniyalı nazirlə müdafiə sahəsində birgə proqramları müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker bu gün İrəvanda keçirdikləri görüşdə hərbi təhsil və kibertəhlükəsizlik sahələri də daxil olmaqla, birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

"Report"un Ermənistan Baş nazirinin ofisinə istinadən verdiyi məlumata görə, görüşdə tərəflər regional məsələləri də müzakirə ediblər.

"Vernon Koaker Birləşmiş Krallığın Ermənistan və Azərbaycan arasında artıq qurulmuş sülhün möhkəmləndirilməsinə dəstəyini vurğulayıb, bunun regionda sabitliyə və əməkdaşlığın inkişafına kömək edəcəyinə əminliyini bildirib", - məlumatda qeyd olunub.

N.Paşinyan öz növbəsində vurğulayıb ki, Ermənistan hökuməti regional nəqliyyat kommunikasiyalarının 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamədə təsbit edilmiş prinsiplər çərçivəsində açılmasında və bu məqsədlə beynəlxalq investisiyaların cəlb edilməsində maraqlıdır.

Digər xəbərlər