Nikol Paşinyan Qazaxıstanda səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstanın paytaxtı Astanada səfərdədir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, onu Astanada beynəlxalq hava limanında Qazaxıstan baş nazirinin müavini Roman Sklyar qarşılayıb.

Qeyd edək ki, oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının sammiti keçiriləcək.

Digər xəbərlər

İsrail HHQ Tehrana hücum edib 13 mart, 2026 / 23:45
İlber Ortaylı vəfat edib 13 mart, 2026 / 16:49