Nazir: Türkiyənin müdafiə sənayesi hədəfə alınıb

Türkiyənin müdafiə sənayesi hədəfə götürülüb.

“Report” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bu sahədəki uğurlarının qarşısını almaq istəyənlər məqsədlərinə nail olmayacaqlar: “Biz yolumuza davam edəcək, daha çox işləyəcəyik”.

Nazir həmçinin qeyd edib ki, Türkiyə çətin coğrafi mövqedə yerləşir: “Belə bir şəraitdə güclü olmağa məcburuq”.

M.F.Kacır bildirib ki, indi dünyada insanların haqlarını müdafiə edən beynəlxalq hüquq və ya təşkilat yoxdur.

Digər xəbərlər

İranda bazar yanır 03 fevral, 2026 / 11:53