Moskvaya doğru uçan iki pilotsuz təyyarə vurulub

Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz teleqram kanalında bildirib.

"Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində", - o yazıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50