Moskva ətrafında ticarət mərkəzində yanğın olub: 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Moskva vilayətinin Ramensk bölgəsində ticarət mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb.

Xəsarət alanlar ticarət mərkəzindən təxliyə ediliblər.

Rusiya KİV-i bildirib ki, dekabrın 8-də vilayətin Odintsov rayonunun Kobyakovo kəndində də ticarət mərkəzində yanğın olub. İnformasiyaya əsasən, 600 kv metrlik sahə yanıb. Hadisə yerinə 35 nəfər və 10 texnika cəlb edilib. 

Digər xəbərlər