MDB İqtisadi Şurasının növbəti toplantısının yeri və tarixi açıqlanıb

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində iyunun 10-da MDB-yə üzv ölkələrin İqtisadiyyat Şurasının 94-cü toplantısı keçirilib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətlərinin başçıları Birlikdə müxtəlif sahələr üzrə iqtisadi əməkdaşlığa dair məsələləri müzakirə ediblər.

MDB-nin İcraçı katib Sergey Lebed şuranın növbəti toplantısının bu il sentyabrın 23-də Moskvada keçiriləcəyini bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49