“Air China” aviaşirkətinə məxsus ehtiyat təyyarə Moskva vaxtı ilə saat 14:00-da Nijnevartovska çatacaq.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri “Rosaviasiya”ya istinadən yazıb.
Təyyarə saat 18:00-da Londona uçacaq.
11:02
“Air China” aviaşirkətinə məxsus olan və London-Pekin reysini yerin yetirən təyyarə mühərrikdə yaranmış nasazlıq səbəbindən Rusiyanın Nijnevartovsk şəhərində (Xantı-Mansiysk Muxtar Dairəsi) təcili eniş edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Ural Nəqliyyat Prokurorluğundan bildirilib ki, bununla əlaqədar Nijnevartovsk hava limanının işinə nəzarət həyata keçirilir.
Təyyarənin göyərtəsində 311 nəfər olub.