​Lavrov: Rusiya Suriya ilə hərbi əməkdaşlığı davam etdirəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskva və Dəməşqin hərbi-texniki əməkdaşlığı terrorçuluqla mübarizəyə yardıma yönəlib və bu davam etdiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına istinadən "İnterfaks" məlumat yayıb.

"Bizim hərbi-texniki əməkdaşlığımız məhz bu məqsədi daşıyır. Sözsüz ki, silah tədarükü olub, gedir və davam edəcək", — deyə o bildirib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50