İran nüvə dosyesi üzrə ABŞ ilə danışıqları davam etdirməkdən tamamilə imtina etməyib.
"Report" xəbər verir ki, bu barədə İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" səhifəsində yazıb.
O qeyd edib ki, ABŞ ilə danışıqlara gedən yol hələ bağlanmayıb:
"Ancaq amerikalılar yalnız sözdə danışıqların tərəfdarı olduqlarını bildirirlər. Eyni zamanda masaya oturmurlar və əsassız olaraq İranı günahlandırırlar".