Kubanıçbek Ömüraliyev: Qırğızıstanın BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə töhfələr verəcəyinə əminəm

Türk Dövlətləri Təşkilatı Baş katibi Kubanıçbek Ömüraliyev Qırğızıstanı 2027–2028-ci illər dövrü üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, K. Ömüraliyevin bununla bağlı bəyanatında qeyd olunub ki, bu mühüm nailiyyət beynəlxalq ictimaiyyətin Qırğız Respublikasının konstruktiv mövqeyinə, məsuliyyətli diplomatiyasına və Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə güclü sadiqliyinə göstərdiyi etimadın aydın təzahürüdür.

"Qırğız Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasının fəaliyyətinə, eləcə də beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş qlobal səylərə dəyərli töhfələr verəcəyinə əminəm", - təbrikdə deyilir.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47