KİV: İran 2015-ci il razılaşmaları səviyyəsində uranın zənginləşdirilməsinə qayıda bilər

Tehran 2015-ci ildə qəbul edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planında nəzərdə tutulan uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağa hazır ola bilər.

"Report"un xəbərinə görə, bu barədə "The Wall Street Journal"da dərc olunan məqalədə deyilir.

Qəzet İran rəsmilərinə istinadən bildirib ki, bunun müqabilində Tehran ABŞ sanksiyalarının tez bir zamanda yumşaldılmasını, xaricdəki dondurulmuş aktivlərinə çıxış əldə etməsini və Vaşinqtonun İran neftinin çinli alıcılarına təzyiqinə son qoyulmasını istəyir.

Xəbər lenti

4SİM auditor seçib 18 aprel, 2025 / 09:38