İstanbulda tarixi Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərindəki Avropa qitəsində yerləşən tarixi Qalata Qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, işıqlandırma axşam saatlarından etibarən davam etməkdədir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49