İranın vitse-prezidenti: Xalqdan gəlir və xərcləri fərqli olduğu üçün üzr istəyir, utanırıq

İranın vitse-prezidenti Məhəmmədrza Aref ölkə əhalisindən gəlirləri və xərcləri arasında fərq olduğu üçün üzr istəyib.

"Report" SNN-ə istinadən xəbər verir ki, vitse-prezident bu barədə İran Universitet Professorları Assosiasiyasının Həmkarlar İttifaqı toplantısında bildirib.

Məhəmmədrza Aref ölkədəki vəziyyətlə bağlı deyib: "Biz xalqdan gəlirləri və xərcləri fərqli olduğu üçün üzr istəyirik, utanırıq".

Vitse-prezident ABŞ-nin Anlaşma Memorandumunun şərtlərini yerinə yetirəcəyinə ümidvar olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il iyunun 17-də Pakistanın vasitəçiliyi ilə Anlaşma Memorandumu imzalanıb. Bu, hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 14 bənddən ibarət sənəddir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40