İranın Kerman əyalətində 5 maqnitudalı zəlzələ olub

İranın cənub-şərqindəki Kerman əyalətində 5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı “Tasnim” yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.

Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47