İranın iqtisadiyyat naziri: İstehsal üçün lazımi kapital toplamaq mümkün olmayıb

İranda istehsalatı yüksəltmək üçün lazımi kapital toplamaq mümkün olmayıb.

“Report” xəbər verir ki, bunu İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himməti İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, son iki il səkkiz ayda İran iqtisadiyyatına 2 milyard 100 milyon dollar sərmayə qoyulub.

Nazir qeyd edib ki, iqtisadi inkişafın səviyyəsi üç-dörd faizi keçməyib: “8 faizli iqtisadi səviyyəyə yetişmək çox çətindir”.

Əbdülnasir Himmətinin sözlərinə görə, ölkəsində məhsuldarlıq sıfıra yaxındır, istehsalda istifadə üçün xarici sərmayə azdır.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49