İranda 2 İŞİD üzvü edam edilib

İrandan Kərbəla ziyarətinə gedən zəvvarların avtobusunun partladılmasına görə təqsirləndirilən iki İŞİD üzvü edam edilib.

"Report" Tasnim-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə orqanları məlumat yayıb.

Qeyd edilib ki, Tehranın İlam əyalətində avtobusun partladılmasında iştirak edən İŞİD terrorçuları - Rəsulun oğlu Amanç Karavançi və Abdullah oğlu Arslan Şeyxi (Abdürrahman) barəsində çıxarılan edam hökmü icra olunub.

Xatırladaq ki, hadisə 2023-cü ildə baş verib və nəticədə bir azyaşlı ölüb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49