İranda bir ailənin 5 üzvünün asılmış halda meyiti aşkarlanıb

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.

“Report” “mehrnews”a istinadən xəbər verir ki, bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib.

Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar:

“Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir”.

Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 15 noyabr, 2026 / 07:09