İran və ABŞ arasında danışıqların növbəti raundu aprelin 19-da Maskatda keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə İRNA agentliyinə müsahibəsində İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
“Məsləhətləşmələrdən sonra Maskatın şənbə günü baş tutacaq danışıqların ikinci raundunun ev sahibi kimi qalması qərara alınıb”, - o deyib.