İranın xarici işlər nazirinin müavini Moskvaya gedib

Bakı. 4 may. REPORT.AZ/ İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Moskvaya gedib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, İranın Moskvadakı səfirliyindən nazir müavininin Rusiya Xarici İşlər Nazirliyində danışıqlar aparacağını bildiriblər.

Məlumata görə, H.Ə.Abdullahian həmçinin həmkarı Mixail Boqdanovla da görüşməyi planlaşdırır.

Digər xəbərlər