İranda məişət qazının partlaması nəticəsində 5 fəhlə ölüb, 9-u yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ İranın cənubunda Bəndər Abbas şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 5 fəhlə ölüb, 9-u yaralanıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, partlayış kənd təsərrüfatı sahəsi araşdırması ilə məşğul zirzəmidə elektrik xəttindəki qısaqapanma nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24