İran ordusu irimiqyaslı təlimlərə başlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ İran Silahlı Qüvvələrinin Quru qoşunları yanvarın 25-də İsfahan əyalətində “Qüdrət-97” adlı irimiqyaslı təlimlərə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu briqada generalı Kiyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, hərbi təlimlər İsfahanda yerləşən Nəsrabada hərbi təlim-mərkəzində keçirilir.

Təlimlərdə İran istehsalı olan silah və texnika nümayiş etdiriləcək.

Digər xəbərlər

İranın neft naziri istefa verib 04 oktyabr, 2026 / 21:11
İran ABŞ-nin təklifinə cavab verib 04 oktyabr, 2026 / 12:33