İran bankı İran-Ermənistan elektrik xəttinin tikintisinə 83 milyon avro ayırıb

Bakı. 17 fevral. REPORT.AZ/ İranın “Saderat” Bankı İran-Ermənistan III elektrik xəttinin tikintisinə 83 milyon avro məbləğində maliyyə vəsaiti ayırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu layihənin ümumi dəyəri 107 milyon avrodur.

Məlumata görə, onun böyük hissəsini İranın “Saderat” Bankı verəcək.

Xəbərdə bildirilib ki, İran-Ermənistan III elektrik xəttinin tikintisinin 24 ay ərzində başa çatdırılması planlaşdırılıb.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49