​İğdırda ermənilərin qətlə yetirdikləri türk vətəndaşlarına həsr olunan muzey açılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyənin İğdır şəhərində "Əsassız erməni iddialarına qarşı İttifaq"ın (ASİNDER) təşəbbüsü ilə "Ermənilər tərəfindən qətlə yetirilən türklərin xatirəsinə" adlı muzey açılıb. Bu barədə "Report" "Radikal" qəzetinə istindadən xəbər verir.

Muzey ekspozisiyasına I Dünya müharibəsi dövründə Türkiyənin İğdır, Qars və Ərzurum şəhərlərində ermənilər tərəfindən dinc türk əhalisinin qətlə yetirilməsi faktını sübut edən tarixi şəkillər və sənədlər daxil edilib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40