Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Onun səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Digər xəbərlər