Ötən ay Gürcüstanın beynəlxalq ehtiyatları 18,2 mln. dollar azalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Aprelin 1-nə olan məlumata əsasən, qonşu ölkənin 3,478 mlrd. dollar həcmində ehtiyatı olub ki, bunun da 3,277 milyardını xarici valyuta təşkil edib.
Yanvar-fevral aylarında qonşu ölkənin Milli Bankı 186 mln. dollar əldə edib. Mart ayında bank valyuta hərracı həyata keçirməyib.