Baş nazir: "Saakaşvili Gürcüstanda saxlanılıb"

"Mixeil Saakaşvili saxlanılıb".

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.

İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

Digər xəbərlər

Türkiyədə zəlzələ olub 13 aprel, 2026 / 09:59