Gürcüstanda idxal məhsulları bahalaşıb

Bu ilin mart ayında Gürcüstana idxal olunan məhsullar üzrə illik inflyasiya 4,9% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının aylıq hesabatında bildirilib.

Yerli məhsullar üzrə bu göstərici 6,2%-ə bərabər olub.

Hesabat ayında xidmətlərdən istifadə qiyməti 0,1% aşağı düşüb.

Sənəddə qeyd olunub ki, martda Gürcüstana idxal olunan məhsulların həcmi illik müqayisədə 13,4% azalıb. 

Digər xəbərlər

Tokayev referendumda səs verib 15 mart, 2026 / 11:27