Gürcüstan Prezidenti ayın sonunda Ermənistana səfər edəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onun İrəvana səfəri aprelin 28-29-da baş tutacaq.

Səfər çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, parlementin sədri Alen Simonyan ilə görüşlər planlaşdırılıb.

Digər xəbərlər

Abbas Əraqçi Omana gedib 25 aprel, 2026 / 21:20