Gürcüstan Naurunun Abxaziya və Cənubi Osetiya ilə diplomatik əlaqələri dayandırmaq qərarını alqışlayıb

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Nauru Respublikasının Abxaziya və qondarma Cənubi Osetiya ilə diplomatik münasibətləri dayandırmaq barədə iyulun 21-də verdiyi qərarını alqışlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN bəyanat yayıb.

Bildirilib ki, Nauru Respublikasının icraedici orqanı olan Nazirlər Kabineti 2026-cı il iyulun 21-də "Nauru Respublikası ilə Cənubi Osetiya Respublikası (Alaniya Dövləti kimi tanınan)" və "Nauru Respublikası ilə Abxaziya Respublikası arasında" diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib.

Nazirlik vurğulayıb ki, bu qərar beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin, eləcə də onların qorunmasının sağlam beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bir daha təsdiqləyir.

Bəyanatda, həmçinin qeyd olunub ki, Gürcüstan Nauru Respublikası ilə rəsmi diplomatik münasibətlər qurmağa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazırdır.

Qeyd edk ki, sözügedən tərəflər arasında diplomatik münasibətlər 15 dekabr 2009-cu ildə qurulmuşdu.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40