Fidan Lavrovla Rusiya və Suriya münasibətlərinin gələcəyini müzakirə etdiyini açıqlayıb

Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Ankarada Dəməşq və Moskva arasında iqtisadiyyat və təhlükəsizlik sahəsindəki münasibətlərin gələcəyini müzakirə etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibədə bildirib.

“Suriya və Rusiyanın bir tarixi var – formalaşmış iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əlaqələr. Rusiyanın hərbi bazaları və iqtisadi yardımı mövcuddur. Bundan sonra bunların taleyi necə olacaq? Bunlar müzakirə olunan məsələlərdir”, – o qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49