Ermənistanın müdafiə naziri Yunanıstana yollanıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə yollanıb.

"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 5-də Yunanıstana işgüzar səfərə yollanıb", - məlumatda bildirilib.

2023-cü ilin dekabrında Yunanıstana səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24