Ermənistanın güc strukturları Gümrü meriyasının yaxınlığında mer Vardan Qukasyana dəstək üçün toplaşan 23 fəalı saxlayıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb .
Nazirliyin məlumatına görə, onlar şəhərin polis bölmələrinə aparılıb.
İstintaq versiyasına görə, Gümrü meriyası qarşısında, o cümlədən binaya girişlərdə bir qrup şəxs istintaqa mane olub, kütləvi iğtişaşlar törədib.
Bundan əlavə, Ermənistan KİV-ləri bildirib ki, həbs olunmuş iş adamı Samvel Karapetyanın "Öz yolumuzla" hərəkatının üzvü Ruben Mxitaryan da Gümrüdə saxlanılıb.