Ermənistan XİN başçısı ilə İranın ali liderinin müşaviri Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın ali lideri Seyd Əli Xaməneinin müşaviri - İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Onlar Ermənistan-İran əməkdaşlığı ilə bağlı bir sıra məsələləri müzakirə edib, əlaqələrin fəal inkişaf dinamikasını qeyd ediblər. Enerji və infrastruktur layihələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40