Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmaq üçün sorğu göndərib.
“Report”un məlumatına görə, bunu bu gün mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu, bizim balanslaşdırılmış xarici siyasət aparmaq ilə bağlı gündəliyimizə uyğundur. Biz işləməyə davam edəcəyik", - Baş nazir bildirib.
O qeyd edib ki, Ermənistan ŞƏT-in tərəfdaşıdır.