Ermənistan Səhiyyə Nazirliyi: “Qaytarılan hərbçilərin əlavə tibbi müayinəyə ehtiyacı yoxdur”

Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qaytarılan erməni hərbi qulluqçuların tibb mərkəzlərində müalicəyə və əlavə müayinələrinə ehtiyac yoxdur.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan bildirib.

Qeyd edək ki, dekabrın 13-də Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49