Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə atom enerjisinin inkişafını müzakirə edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub: “Tərəflər Ermənistanda atom sahəsinin “yaşıl” enerji kimi inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar”.
Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i 8-10 il ərzində yeni Atom Elektrik Stansiyasının tikilməsinin planlaşdırıldığı barədə məlumat yayıb. Bu məqsədlə müxtəlif variantlar nəzərdən keçirilir və Rusiya, ABŞ və Cənubi Koreyadan olan xarici tərəfdaşların təcrübəsi öyrənilir.