Ermənistan DİN Armavir vilayətində 20 ünvanda axtarış aparır

Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Armavir vilayətində təxminən 20 ünvanda axtarış aparır.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri quruma istinadən məlumat yayıb.

Bununla belə, DİN-dən konkret yaşayış məntəqələrini və ya şəhərləri, həmçinin axtarışların nə ilə bağlı olduğu açıqlanmayıb.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45