Erməni politoloq: "Lapşin məsələsi Ermənistanın yox, Rusiya və İsrailin işidir"

Bakı. 9 fevral. REPORT.AZ/ Bloqqer Aleksandr Lapşin məsələsinin Ermənistana aidiyyəti yoxdur, bu, Rusiya və İsrailin işidir.

"Report" xəbər verir ki, bunu "Aysor.am"a erməni politoloq Sergey Minasyan deyib.

"Lapşin işi Rusiya və İsrailə aiddir. Məsələyə bunun Ermənistanın deyil, Rusiya və İsrailin işi olması mövqeyindən yanaşmaq daha düzgün olardı. Ümumiyyətlə, Ermənistanın bu işə cəlb edilməsindən qaçmaq lazımdır", - deyə politoloq bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40