Erməni diasporu Surqutda erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna təşəkkür edib

Bakı. 27 iyun. REPORT.AZ/ Erməni diasporu Surqutda keçirilən Milli mədəniyyətlər festivalı zamanı erməni qadını xilas etdiyinə görə Azərbaycan diasporuna minnətdarlığını bildirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festival zamanı Ermənistan nümayəndəsinin halı kəskin pisləşib. Azərbaycan nümayəndələri ona yardım göstəriblər. 

"Ermənistan xalqı adından Azərbaycan nümayəndələrinə bizim həmvətənimizə yardım etdiklərinə görə minnətdarlıq bildirirəm", - Etnik və Dini İcmalar üzrə Koordinasiya Şurasının iclasında "Ararat" Ermənistan Milli-Mədəni Mərkəzi" ictimai təşkilatın sədri Armenak Simonyan bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40